Bakıda dayə uşağı döydü, saçından tutub sürüdü - FOTO
Bakıda daha bir uşaq dayəsi tərəfindən döyülüb.
Minval.info AzNews.az-a istinadən xəbər verir ki, İradə Quliyeva 6 yaşlı nəvəsi Aydın Quliyevin döyülməsində dayəsi, Bakının Bilgəh qəsəbə sakini Sürəyya Məmmədovanı ittiham edib:
“Gəlinim işlədiyindən bir ildir ki, uşaqlara dayə tutmuşuq. Dayə 3 uşağa baxır. Sürəyya evə gələndən uşaqları incidir. Onun bu hərəkətini mənimlə yanaşı uşaqların anası da görür. Biz ona məsələdən xəbardar olduğumuzu və uşaqlarla rəftarını deyəndə boynuna almır, deyir tərbiyə verirəm. Bu gün böyük uşağı saçından tutub, sürüyə-sürüyə mənim evimdən aparıb”.
İradə Quliyeva qeyd edib ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin “102” ximətinə məlumat verib: “Ərizə yazdıq, uşaq Sabunçu xəstəxanasında ekspertizadan keçirildi”.
Minval.info


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
FHN Zaqatalada yanğın təlimi keçirdi
Nepalda faciə: Həlak olanların sayı artır
Bədənlər -196°C-də: Ölüm sonrası həyat ümidləri
Bakıda mənzil alarkən qazancın sirri açıqlandı
Bərdədə ürəyi dayanan kişi möcüzəvi xilas edildi
Yasamalda avtomobil yanğını: Polis xilas etdi
Konqoda məktəb yanğını: 29 şagird həyatını itirdi