“Bazel” – “Qarabağ” matçının hakimləri bəlli oldu
Futbol üzrə Avropa Konfrans Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində “Qarabağ”la İsveçrənin “Bazel” komandası arasında baş tutacaq oyunun hakim təyinatları açıqlanıb.
“Minval.info” xəbər verir ki, UEFA bu oyunu Xorvatiyadan olan hakimlər briqadasına tapşırıb.
Matçın baş hakimi Fran Yoviç olacaq. Ona yan xətt hakimləri Hrvoye Radiç və Luka Puşiç kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə İvana Martinçiç yerinə yetirəcək.
Dekabrın 9-da “Sent Yakob Park”da keçiriləcək “Bazel” – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 00:00-da start veriləcək. Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Azərbaycan təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Əslən azərbaycanlı Ayaz Quliyev Rusiya yığmasına çağırılıb
Həbib Nurməhəmmədov azərbaycanlı futbolçuya: Məni pis vəziyyətdə qoyma
Dünya kuboku: Şahmatçımız Xəzər Babazadə dörddəbir finala vəsiqə qazanıb
“Qalatasaray” Falkao ilə yollarını ayırdı
"Real"dan "Barselonaya" 80 milyonluq zərbə
Çempionlar Liqasının püşkü atıldı