Bakıda milyonluq ev saxta sənədlərlə satıldı!
Bakıda bir milyon manat dəyərində olan evin saxta sənədlərlə 400 min manata satılması ilə bağlı məhkəmə prosesi davam edir. Tanınmış biznesmen Allahverdi Dəmirovun oğlu Seyfəddin Dəmirlinin və digər şəxslərin külli miqdarda pulunu ələ keçirməyə cəhddə ittiham olunan Rafiq Vəliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Minval.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Gülnarə Rəhimovanın ifadəsi dinlənilib. O, Rafiq Vəliyevi şəxsən tanımadığını, yalnız istintaq zamanı gördüyünü bildirib. Rəhimova, Bakıda ona məxsus mənzilin alqı-satqısını həyata keçirmək üçün “ASAN xidmət”ə getdiyini və sənədləşmə zamanı mənzilin Vüqar adlı şəxsə satıldığını öyrəndiyini deyib. Alqı-satqının guya onun verdiyi etibarnamə əsasında həyata keçirildiyi bildirilib.
Proses zamanı məlum olub ki, saxta alqı-satqı əməliyyatı “işbazlar”ın iradəsindən asılı olmayaraq pozulub. Naibə adlı qadın, bu işə görə ona 20 000-30 000 AZN ödənilməli olduğunu, lakin vədin yerinə yetirilmədiyini və işin saxta olduğunu Rafiq Vəliyevə bildirdiyini deyib. Evin alqı-satqısı pozulub və əmlak sahibinin xəbəri olmadan yenidən onun adına qaytarılıb. Növbəti məhkəmə prosesi oktyabrın 16-na təyin edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ-da süni zəka ilə 129 milyon dollarlıq dələduzluq aşkarlandı
Süni intellektlə rəhbərləri təqlid edərək 130 milyon dollar oğurladılar
Məşhur müğənni Güllünün şübhəli ölümü ilə bağlı yeni iddialar
Boşanma zamanı qadına dələduzluqla 163 min manat ziyan vuruldu
Kürdəmirdə vəzifəli şəxs 125 min manatlıq mənimsəmədə ittiham edilir
Milyonçu Bəxtiyar Dalinin zorlamağa cəhd etdiyi qadın müğənni imiş