İbuprofenin həddindən artıq istifadəsi təhlükə saçır
Geniş istifadə olunan ağrıkəsici preparatlardan biri olan ibuprofenin sağlamlıq üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edilib. Həkim Sara Marin Berbellin sözlərinə görə, ağrı hiss edən insanlar həkim təyinatı ilə ibuprofen qəbul edə bilərlər. Lakin bu preparatın həddindən artıq istifadəsi ciddi fəsadlara səbəb ola bilər.
Minval.info xəbər verir ki, Sara Marin Berbell ibuprofenin müntəzəm və həkim nəzarəti olmadan qəbul edilməsinin böyrəklərlə bağlı problemlər yarada biləcəyini qeyd edib. Həkim, pasiyentlərindən birinin nümunəsini göstərərək, həmin qadının aybaşı ağrılarını normal hesab etdiyi üçün mütəmadi olaraq ibuprofen qəbul etdiyini və nəticədə qan analizlərinin böyrək funksiyalarında pozuntular aşkar etdiyini bildirib.
“İbuprofeni arabir qəbul etmək başqa şeydir, hər həftə qəbul etmək isə tamamilə başqa məsələdir”, – deyə S.M. Berbell vurğulayıb. Mütəxəssis əlavə edib ki, ağrı insanı davamlı olaraq ağrıkəsici qəbul etməyə məcbur edirsə, narahatlığın səbəbi araşdırılmalı və problem sadəcə müvəqqəti olaraq aradan qaldırılmamalıdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Əməkdar artist Sevda Məmmədzadə komada: Vəziyyət kritikdir
Melatonin çatışmazlığı: Xərçəng riski artır!
Yaponiyada 100 yaşlıların sayı rekord vurdu
Sinə dolğuları təhlükə saçır: Nazirlikdən xəbərdarlıq!
Qarışqa dərmanı Ağdamda qadını xəstəxanalıq etdi
Ağdamda qadın həşərat dərmanından zəhərləndi
Payızın xərçəngə qalxan olan 5 möcüzəvi qidası