Bayıl sürüşmə zonasında qazma işlərinə başlanılacağı tarix məlum oldu
Aprel ayının əvvəlində Bayıl sürüşmə zonasında geniş, buruq qazma işlərinə başlanılacaq.
Minval.İnfo “Report”a istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.
O bildirib ki, son günlər aparılan monitorinqlərin nəticəsinə əsasən, Bayıl sürüşmə sahəsinin dinamikasında ciddi dəyişiklik müşahidə olunmayıb.
R.Həsənovun sözlərinə görə, ərazidə bir neçə ay araşdırma və digər müvafiq işlər aparılacaq, işlər yekunlaşandan sonra yekun rəy veriləcək:
“Yekun rəydə ərazidəki sürüşmə sahəsinin, orada baş verən geoloji proseslərin dəqiq analizi veriləcək. Hazırda ərazidə müşahidə işləri aparılır”.
Sakinlərin sürüşmə zonasında yerləşən evlərinə qayıdıb-qayıda bilməyəcəyi məsələsinə gəlincə, mütəxəssis qeyd edib ki, hələ bununla bağlı qərar vermək tezdir:
“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının işi ərazidə olan geoloji proseslərə nəzarət etmək və qeydə alınan faktları qiymətləndirməkdir.
Təbii ki, bu məsələyə də baxılacaq. Bəlkə də, sakinlərin evlərinə qayıtması mümkün olacaq, amma bu aparılacaq işlərin nəticələrindən və yekun rəydən asılıdır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Arzumun azadlığa buraxılması cəmiyyəti iki yerə böldü – Səbəb
Nigar Fərhad haradadır?
"Arzum"un işində barışıq baş tutmayıb: Mərhumun anası razılıq vermir
"Arzum" bu şərtlərlə azadlığa çıxdı
VACİB“Arzum”un qərardan sonra halı pisləşdi, ürəyi getdi
Vaqif Əsədov jurnalistləri təbrik etdi
