Bayden 1,2 trilyon dollarlıq infrastruktur paketini təsdiq edib
ABŞ prezidenti Co Bayden özündə ölkə infrastrukturuna 1 trilyon ABŞ dollarından çox sərmayə yatırmağı ehtiva edən qanun layihəsini imzalayıb.
Bu barədə Minval.info Ağ Evin məlumatına istinadən xəbər verir.
Plan bu ayın əvvəlində ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən təsdiqlənib. Senat isə avqust ayında təşəbbüsü dəstəkləyib.
Qeyd edək ki, ABŞ infrastrukturunun inkişafına planlaşdırılan xərclərin ümumi məbləği 1,2 trilyon ABŞ dolları təşkil edir. Plana körpülərin və yolların tikintisinə 110 milyard ABŞ dolları, nəqliyyat təhlükəsizliyinin proqramlarına isə 11 milyard ABŞ dolları ayrılması daxildir.
Daha 39 milyard ABŞ dollarının ictimai nəqliyyatın modernləşdirilməsinə, 42 milyard ABŞ dollarının isə limanların və hava limanlarının infrastrukturunun inkişafına sərf edilməsi planlaşdırılır. Bundan əlavə, 55 milyard ABŞ dolları içməli su sisteminə, əhalini yüksəksürətli internetlə təmin etmək üçün 65 milyard ABŞ dolları, təmiz enerjinin nəqlinə isə 73 milyard ABŞ dolları xərcələnəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dünyanın ən varlı adamlarından idi, “xərçəng”dən öldü
Sifətindən güllələnmiş gənc qızın İNANILMAZ DƏYİŞİMİ – ŞOK FOTOLAR, VİDEO
Ukraynada qadınlar da orduda xidmət edəcək
Putin dünya liderlərini gözlətdi: O gəlməmiş tədbir başlamadı - VİDEO
Azərbaycan nazirinin qızı Rusiyada nazir təyin edildi - FOTO
“Rüsvayçılıq sazişi” - Trampın Yaxın Şərq planı ABŞ-da sərt tənqid olundu
Dünya ulduzlarının konsert biletləri pulsuz paylandı - RƏZALƏT