Başqa ölkələrə casusluq edənlərin sayı xeyli çoxdur... jurnalistlər də var - Ekspert
“Azərbaycanda kifayət qədər Rusiyaya, İrana və ya başqa ölkələrin maraqlarına xidmət edən insanlar var. Bu adamlar xüsusi xidmət orqanları tərəfindən ifşa edilməli, cinayət məsuliyyətinə cəlb olunmalıdırlar”.
Bu sözləri Bakupost.az –a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov ölkədəki İran casuslarına qarşı aparılan əməliyyatlardan danışarkən deyib.
Onun fikrincə, başqa ölkələrin təbliği ilə məşğul alan media nümayəndələrinin jurnalist kimi fəaliyyətinə qadağa qoyulmalıdır:
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
“Dünən aparılan əməliyyatda 7 nəfər saxlanılıb. Kimin nə günahı olduğunu deyə bilmərəm, amma onlara jurnalist fəaliyyəti ilə məşğul olmaq qadağan olunmalıdır. Bu nə deməkdir?! Sən adını jurnalist qoymusan, amma başqa bir ölkənin maraqlarını təmsil edirsən?!
Həm SalamNews, həm “İnteraz”dan xeyli adamlar var ki, hazırda ayrı-ayrı qurumlarda bu gün fəaliyyət göstərirlər. Hesab edirəm ki, SalamNews və “İnteraz” yaranandan orada fəaliyyət göstərən adamların dairəsi müəyyənləşməli, onların hazırda nə işlə məşğul olduqları da diqqətdən yayınmamalıdır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda