29.12.2021 - 13:50
Siyasət
19 baxış
Baş Qərargah rəisi Quru Qoşunlarında oldu (FOTOLAR)
Müdafiə nazirinin tapşırığına əsasən Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Quru Qoşunlarında olub.Nazirlikdən Minval.info-ya verilən məlumata görə, Azərbaycan Ordusunun Baş Qərargah rəisi əvvəlcə Quru Qoşunları Komandanlığının qərargah binası, digər idarələrinin inzibati binalarında yaradılan şəraitlə tanış olub və 2021-ci ilin yekunlarına dair müşavirə keçirib.
Hərbi qulluqçular qarşısında çıxış edən general-polkovnik K.Vəliyev qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından şəxsi heyəti təbrik edib.
Silahlı Qüvvələrin Ali Baş Komandanının ordu qarşısında qoyduğu tapşırıqlar müşavirədə bir daha şəxsi heyətin diqqətinə çatdırılıb. Hərbi qulluqçuların döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyəti təhlil edilib, döyüş qabiliyyətinin daha da yüksəldilməsi, şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyə olunması, o cümlədən digər məsələlər barədə söhbətlər aparılıb.
Sonra Azərbaycan Ordusunun Baş Qərargah rəisi Əməliyyat (Komando) hərbi hissələrindən birində şəxsi heyətlə görüşüb. Müdafiə nazirinin tapşırıqlarını şəxsi heyətə çatdıran general-polkovnik K.Vəliyev hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin daha da yüksəldilməsinin vacibliyini vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya NATO ittihamlarını rədd etdi: "isterika və təxribat
14.09.2026 - 11:24
İraq-İran sərhədində üç keçid yenidən açılır
13.09.2026 - 22:20
Bəhreyn İranla kollektiv görüşlərdən çəkildi
12.09.2026 - 23:21
Türkiyə İraqdan Səudiyyəyə PUA hücumlarını qınadı
12.09.2026 - 22:04
Apostolov ailəsinin gizli əmlak imperiyası ifşa edildi
12.09.2026 - 21:50
Paşinyan Göyçə gölündə çimərkən sosial medianı coşdurdu
12.09.2026 - 21:29
İsveçdən qayıdan miqrantlara 37000 dollar təklif!
12.09.2026 - 20:19
Çoxuşaqlı ailələrə aylıq 140 manat müavinət təklifi
12.09.2026 - 17:38



