30.12.2021 - 12:42
Hərbi xəbər
21 baxış
Baş Qərargah rəisi Kəlbəcərdə (FOTOLAR)
Müdafiə nazirinin tapşırığına əsasən nazirin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Kəlbəcər rayonunda dislokasiya olunan hərbi hissələrdə olub.Müdafiə Nazirliyindən Minval.info-ya verilən məlumata görə, Azərbaycan Ordusunun Baş Qərargah rəisi birləşmənin qərargah heyəti və hərbi qulluqçular üçün yaradılan şəraitlə tanış olub, yeni istifadəyə verilmiş yeməkxanaya baxış keçirib.
Baş Qərargah rəisi Ermənistanla dövlət sərhədində 3 400 metrədək hündürlükdə xidmət edən hərbi qulluqçuların sosial-məişət şəraiti ilə maraqlanıb, komanda-müşahidə məntəqəsindən qarşı tərəfin fəaliyyətini izləyərək döyüş növbətçiliyinin təşkili və aparılması ilə bağlı əlavə göstərişlər verib.
Hərbi qulluqçularla birlikdə nahar edən Baş Qərargah rəisi onların qayğıları ilə maraqlanıb, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib.
Sonda xidmətdə fərqlənən hərbi qulluqçulara müdafiə naziri adından qiymətli hədiyyələr təqdim olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Orduda maaş sistemi yenilənir: 13 və 14 ləğv!
14.09.2026 - 10:49
Husilərdən Səudiyyə hərbi bazasına raket hücumu
13.09.2026 - 13:49
2026-cı ilin avqustu: İqlim rekordları qırıldı
10.09.2026 - 18:51
Hörmüz boğazında ticarət gəmisinə hərbi müdaxilə
09.09.2026 - 23:43
Rusiyanın hərbi resursları 2028-ci ilə qədər yetərlidir
08.09.2026 - 14:07
Yəmən paytaxtını geri almaq üçün hücuma keçir
08.09.2026 - 11:54
Şəhid anası Gülçöhrə İsayeva vəfat etdi
08.09.2026 - 10:02
Almaniyada müharibə bombası: 5 min nəfər təxliyə olunur
06.09.2026 - 22:20









