“Bəzi ölkələrin və onların buradakı səfirliklərinin sosial şəbəkələrdə yayılan videogörüntülərlə bağlı birtərəfli mövqe tutur və bu da bizi narahat edir”.

“Minval.info” xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, prosesə müdaxilə ikili standartlardan xəbər verir: “Ermənistan ərazisində müharibə getməyib, əhali əziyyət çəkməyib. Videolar araşdırılmalıdır və nəticəsi barədə dəqiq məlumat verilməlidir”.