Baş Nazir icra başçılarına çağırış etdi
Azərbaycanın Baş Naziri Əli Əsədov rayon və şəhər icra hakimiyyətlərinin rəhbərlərinə müraciət edib.
“Report” xəbər verir ki, Baş Nazir bu barədə Nazirlər Kabineti yanında operativ qərargahın onun sədrliyi ilə keçirilən bugünkü iclasında bildirib.
“Buradan müraciət edərək qərargahın üzvlərindən kənarda olan bütün rayon, şəhər icra hakimiyyətlərinin rəhbərlərinə bir nömrəli tapşırıq kimi, cənab Prezidentin tapşırığını çatdırmaq istəyirəm. Bir nömrəli və ən vacib tapşırıq bu gün ondan ibarətdir ki, karantinin şərtləri sözsüz-şərtsiz icra olunmalıdır və hamı buna riayət etməlidir. Yaşından, vəzifəsindən, heç bir imtiyaza baxmayaraq bunun tələbləri vaxtında və tam şəkildə icra olunmalıdır”, – deyə Baş Nazir Əli Əsədov qeyd edib.
Ə.Əsədov vurğulayıb ki, bununla əlaqədar qanunvericiliyin şərtlərinə uyğun olaraq dövlət tərəfindən bütün lazım olan tədbirlər görüləcək və qarşıya qoyulan tapşırıqlar 100 faiz icra olunacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
Azərbaycanlı professor Müslüm Qurbanov vəfat edib
Sabah hava necə olacaq? - Proqnoz açıqlandı
Bakı-Tbilisi əlavə qatar reysində yüz faizlik doluluq qeydə alınıb
Azərbaycan elminə ağır itki
Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılmasını təsdiqlədi