Baş nazir: "Gürcüstan-Azərbaycan münasibətlərinin yüksək səviyyəsi gələcəkdəki uğurların əsasıdır"
“Son dövrlərdə iki ölkə arasındakı tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəsi gələcəkdəki uğurların əsasıdır”
Minval.info-nun məlumatına görə, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili AzTV-nin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyi ilə əlaqədar hazırladığı “Prezident. Təkrarsız diplomatiya” adlı sənədli filmdə bildirib.
“Gürcü xalqı üçün çox dəyərli olan ölkələrimiz arasındakı bu dostluq iki dövlət üçün yaxşı qonşuluq və tərəfdaş əlaqələri deməkdir. Əminəm ki, bu strateji tərəfdaşlıq daim regionda sülhün inkişafının əsası olacaq. Ümid edirəm ki, dövlətlərimiz arasında unikal olan iqtisadi, enerji, nəqliyyat və hərbi tərəfdaşlıq daha da intensivləşəcək. Xüsusilə son dövrlərdə aramızdakı tərəfdaşlıq münasibətlərimizin yüksək səviyyəsi gələcəkdəki uğurların əsasıdır”, – o deyib
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya NATO ittihamlarını rədd etdi: "isterika və təxribat
İraq-İran sərhədində üç keçid yenidən açılır
Bəhreyn İranla kollektiv görüşlərdən çəkildi
Türkiyə İraqdan Səudiyyəyə PUA hücumlarını qınadı
Apostolov ailəsinin gizli əmlak imperiyası ifşa edildi
Paşinyan Göyçə gölündə çimərkən sosial medianı coşdurdu
İsveçdən qayıdan miqrantlara 37000 dollar təklif!