03.08.2026 - 12:35
Gündəm 14 baxış

VACİBKartdan karta köçürmələrə qoyulan limitl – YENİ QAYDALAR

Azərbaycanda bank kartları və elektron pul alətləri ilə bağlı yeni riskəsaslı yanaşma tətbiq ediləcək.

Minval.info xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Fintex Assosiasiyası (AzFina) birgə məlumat yayıb.

Yeni qaydalara əsasən, hər bir ödəniş aləti üzrə gündə maksimum 5 mədaxil əməliyyatı, ay ərzində isə 20 min manata qədər mədaxil əməliyyatlarının aparılması nəzərdə tutulur.

Bundan başqa, banklar və elektron pul təşkilatları tərəfindən müştərinin hər bir hesabına bağlı maliyyə xidməti məhsulu üzrə yalnız bir ödəniş aləti təqdim ediləcək. Hazırkı mərhələdə məxaric (çıxarış) əməliyyatlarına hər hansı limit tətbiq olunmayacaq.

ABA bildirib ki, bu yanaşma sağlam maliyyə əməliyyatları aparan müştərilər üçün əlavə məhdudiyyət yaratmayacaq. Belə ki:

  • Müştərinin öz hesabları və yaxın qohumlarına məxsus ödəniş alətləri arasında aparılan köçürmələr limitdən istisna ediləcək.
  • Müştəri əməliyyatın mahiyyətini əsaslandıran məlumat təqdim etdikdə və əməliyyat onun risk profilinə uyğun olduqda limitlər tətbiq edilməyəcək.
  • Zərurət yarandıqda əsaslandırılmış müraciət əsasında əlavə ödəniş alətlərinin verilməsi də mümkün olacaq.

Qurum vurğulayıb ki, yeni yanaşma rəqəmsal ödənişlərin gündəlik istifadəsinə mane olmayacaq və vətəndaşlar POS-terminallar, mobil bankçılıq və digər elektron ödəniş xidmətlərindən əvvəlki qaydada istifadə etməyə davam edəcəklər.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: