"Bandotdel"dən XÜSUSİ ƏMƏLİYYAT: silahlılar saxlanıldı - VİDEO
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları paytaxt və bölgələrdə silahlı şəxslərə qarşı əməliyyatlar keçirib.
Daxili İşlər Nazirliyindən “Minval.info”ya verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları üzərlərində və yaşadıqları evlərdə qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxslərə qarşı əməliyyatlar keçirib.
Daxil olan əməliyyat məlumatı əsasında Bakı və Sumqayıt şəhərləri, eləcə də Qəbələ rayonunda keçirilən tədbirlər zamanı Elvin Kərimov, Rüstəm Kərimov, Akif Abzərov, Vüsal Cəfərov və Aslan Hüseynov tutulublar. Elvin Kərimovdan 1 ədəd “TT” markalı tapança 8 ədəd patron, 1 ədəd daraq, Rüstəm Kərimovdan isə 2 ədəd müvafiq sənədləri olmayan “TOZ” və “İJ” markalı tüfəng, həmin silahlara məxsus 43 ədəd patron aşkar edilib. Sumqayıt şəhərində keçirilən tədbir zamanı salxanılan Aslan Hüseynovdan 1 ədəd “Naqan” markalı tapança və 2 ədəd patron aşkar olunaraq götürülüb.
Saxlanılan Akif Abzərovdan isə “Brauning” konstruksiyalı tapança, 9 ədəd patron, 1 ədəd daraq, Vüsal Cəfərovdan isə 1 ədəd “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus daraq və 27 ədəd parton aşkar olunub.
Qeyd olunan faktlarla əlaqədar saxlanılanların hər biri barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Adları sadalanan şəxslər barəsində həbs-qətimkan tədbirləri seçilib. Saxlanılanların cinayət əlaqələrinin aşkar edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
https://youtu.be/XD7u-pZkB4k
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda bu sahələrdə qapanmalar ola bilər - Fevralın 15-dən - AÇIQLAMA
Ağaca atılan daş ölümə səbəb oldu? - Dəhşətli cinayətin təfəruatları (Video)
Rəşad Sadıqova ağır itki
Sarkisyanın qızının intim görüntüləri yenidən yayıldı –
Azərbaycanlı müğənniyə səhnədə 5 min manat verdilər - VİDEO
Ağstafada 2 nəfər güllələndi
Sülhlə bağlı danışıqlar nə yerdədir? - Ceyhun Bayramovdan AÇIQLAMA