Balakəndə narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub
Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən yollarda hərəkətin təhlükəsizliyinin təmini məqsədilə keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Minval.info-ya verilən məlumata görə, rayonun Hənifə kəndi ərazisində “Tofaş” markalı avtomobilin sürücüsü davamlı olaraq yol-hərəkəti qaydalarını pozub və digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradıb. Ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən vaxtında görülmüş tədbirlərlə nəqliyyat vasitəsini saxlamaq mümkün olub. Sürücünün və nəqiyyat vasitəsindəki sərnişinin narkotik vasitə qəbul etmələrinə dair şübhələr olduğundan onlar Polis Şöbəsinə gətirilib. Müayinə zamanı avtomobili idarə edən Məmməd Hüseynov və sərnişin Ayaz Ramazanovun marixuana qəbul etdiyi məlum olub.
Onların barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə M.Hüseynov 15 sutka müddətinə inzibati qaydada həbs olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda yanğın təhlükəsi: Sakinlər kömək istəyir!
Hindistanda 5G problemi: Texniki işçi girov götürüldü
Boris Conson Ukraynada dron hücumuna yaxın oldu
Səbuhi Əhmədovun şəhadətindən 4 il keçir
Ukraynanın PUA hücumu: Tatarıstanda 2 ölü, 12 yaralı
Yava dənizində 243 nəfərlik gəmi faciəsi
Hörmüz boğazında İran gəmisinə hücum: Ölən var