Baku TV, “Space” və APA TV-nin jurnalistləri Daşkəsəndə təzyiqlə üzləşiblər
Baku TV, “Space” telekanalı və APA TV-nin jurnalistləri Daşkəsən rayonunda təzyiqlə üzləşiblər
Sosial şəbəkələrdə Daşkəsənin Dəstafur kənd sakini, şəhid anası Sevda Şıxıyevanın rayon icra hakimiyyətinin Dəstafur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Lalə Cəfərova tərəfindən döyülməsi barədə iddialar yayılıb.
Minval.info “Report”a istinadən xəbər verir ki, “Baku” TV, APA TV və “Space”in əməkdaşları hadisənin təfərrüatını araşdırdıqda hadisənin söylənilənlərin tam fərqli olduğu, şəhid anasının icra nümayəndəsini və qohumu Daşqın Cəfərovu döydüyü məlum olub.
Baku TV-nin əməkdaşı Nazir Quliyev “Report”a bildirib ki, o həmkarları ilə hadisənin təfərrüatını araşdırıb. Media mənsubları əvvəlcə şəhid anasının xəsarət yetirdiyi və hazırda Gəncə şəhərindəki xəstəxanalarda müalicə edilən icra nümayəndəsi və qohumu ilə görüşüblər. İcra nümayəndəsi jurnalistlərə hadisə barədə ətraflı məlumat verib. Jurnalistlər bundan sonra hadisənin mahiyyətini ətraflı araşdırmaq üçün Daşkəsənin Dəstafur kəndinə gediblər. Lakin şəhidin anası “Space” telekanalının və APA TV-nin əməkdaşlarını hədələyib: “O, oğluna evin qapısını bağlayaraq bizi çölə buraxmamağı tapşırdı və görüntüləri tələb etdi. Biz ondan müsahibə almaq istədikdə qadın bundan imtina etdi”.
APA TV-nin jurnalisti Fuad Nazimoğlu da bildirib ki, şəhidin ailə üzvləri onların evdən çıxmasına mane olublar: “Şəhidin ailə üzvləri, o cümlədən əri və oğlu qapını bağlayaraq bizi çölə buraxmadılar. Buna görə, bir neçə saat həyətdə qalmalı olduq. Şəhidin anası tələb etdi ki, mən görüntüləri lentə aldığımız videokameranın yaddaş kartını qırım. Yalnız videokameranın yaddaş kartını qırdıqdan sonra şəhidin ailə üzvləri bizi buraxdılar”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Lotu Quli öldürüldü: öz yaxını ona 4 güllə vurdu - Sui -qəsdçinin fotosu
Şabranda kütləvi zəhərlənmə - YENİLƏNİB
"Gənclik Mall"un qarşısında maşın yandı - Video
Bakıda 22 yaşlı oğlanı qatarın altında qaldı — Ayaqları amputasiya edildi
Bakıda parkda qızlar saçyolduya çıxdılar - VİDEO
Azərbaycanda 66 yaşlı kişi bir neçə nəfər tərəfindən döyülərək öldürülüb
Hüseynin adından istifadə edib Sənanın kartındakı pulları oğurladılar