Bakının mərkəzində əməliyyat, avtoritet tutuldu - Video
Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üzərində qanunsuz olaraq “Kalaşnikov” markalı avtomat gəzdirən şəxs saxlanılıb.
Minval.info DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin keçirdiyi əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş İmişli rayon sakini Qasıməli Qasımov tutularaq istintaqa təqdim edilib. Ondan 1 ədəd “Kalaşnikov” markalı avtomat, 3 ədəd patron və həmin silaha məxsus 1 ədəd daraq aşkar edilib. Qasıməli Qasımov odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, saxlanılan şəxs kriminal çevrələrdə “Qara İmişlinski” adı ilə tanınır.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü
Milyarder Süleymanovun işində killerlər ortaya çıxdı: İki nəfər həbs edildi
Ramin İsayevin 100 milyonluq əmlakı müsadirə olundu
Dələduzluq edən şirkət rəhbəri saxlanıldı
Şirkət rəhbəri tikinti üçün aldığı 1.3 milyon manatı mənimsəyib
Raqif Abbasovun 12 il həbsi tələb edildi
Ramiz Əzizbəylinin kürəkəni həbs edildi