Bakının bəzi ərazilərində işıq fasiləsi olacaq
Bu gün Bakının Yasamal rayonu, eləcə də Ağdaş, Tərtər və Yevlax rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyətlər olacaq. “Azərişıq” ASC-dən verilən məlumata görə, bu məhdudiyyətlər elektrik enerjisinin keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə həyata keçiriləcək. Sentyabrın 10-da Yasamalda Transformator Məntəqəsində, Ağdaş, Tərtər və Yevlaxda isə 6 və 10 kV-luq hava xəttlərində təmir işləri və xəttlərə toxunan yaşıllıqların budanması işləri aparılacaq.
Minval.info xəbər verir ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidməti ərazisində saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Arif Mehdiyev, Nazim Hikmət, Vasif Əliyev, Zaur Kərimov küçələri, eləcə də Yeni Yasamal-2 yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq. Ağdaş Elektrik Şəbəkəsinə daxil olan Ləki qəsəbəsi və Qaradağlı kəndinin bəzi ərazilərində saat 10:00-dan 13:00-dək enerjinin verilişi müvəqqəti dayandırılacaq.
Planlı fasilə saat 10:00-dan 14:00-dək Tərtər Elektrik Şəbəkəsinin ərazisində yerləşən Hacıqərvənd kəndini də əhatə edəcək. Yevlaxın Aşağı Qarxun, Ərəbbəsrə, Meyvəli, Yuxarı Qarxun kəndlərinin bir sıra yerlərində saat 10:00-dan 15:00-dək enerjinin verilişində fasilə yaranacaq. Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
Azərbaycanlı professor Müslüm Qurbanov vəfat edib
Sabah hava necə olacaq? - Proqnoz açıqlandı
Bakı-Tbilisi əlavə qatar reysində yüz faizlik doluluq qeydə alınıb
Azərbaycan elminə ağır itki
Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılmasını təsdiqlədi