Bakıdan aldığı dərman vətəndaşda şiş xəstəliyi yaratdı - İddia (Video)
Space Tv-də həftə sonu Amil Xəlilin təqdimatında yayımlanan “Olar? Olmaz!” verilişində daha bir araşdırma tamaşaçılara təqdim edilib.
Minval.info xəbər verir ki, Amil Xəlilə müraciət edən İsimxan bəy hər zaman Türkiyədən gətirdiyi dərmanı qəbul etdiyini və sağaldığını bildirib. Bir müddət sonra bu həblərin ölkəyə idxal edilməsinə qadağa qoyulur. O, məcbur olur Bakıda Azadlıq pr.-də yerləşən apteklərin birindən oxşar dərmanı alır və qəbul edir. Qısa müddət sonra həmin həb əks təsir göstərir. Hətta onun sözlərinə görə, həkim də təsdiqləyib ki, sonuncu qəbul etdiyi dərman onda şiş əmələ gətirib.
İsimxan bəy istəyir ki, insanlar prostatla bağlı qəbul edilən dərmanlardan ehtiyatlı olsunlar.
ƏLAQƏLİ
Bakıda kinoya çəkilmək istəyən iki qadın zorlandıqlarını iddia edir - ŞOK VİDEO
Daha sonra Amil Xəlil Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla görüşüb. O da deyilənləri təsdiq edib. Hətta prostatla bərabər, cinsi istəyi artıran bəzi dərmanlarda insan ömrünün azaldığını bildirib..
Həmin anları sizə təqdim edirik.
Qeyd edək ki, veriliş şənbə günü saat 18:20-də Amil Xəlilin təqdimatında Space Tv-də yayımlanır.
ƏLAQƏLİ
Zaur Baxşəliyevlə Rəşad Məcid arasında "TikTok" polemikası: “Dünya süni intellektdən danışır, biz isə...”
https://youtu.be/jjO-_sJDKhA
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vəfatından sonra gündəm olan etiraf: "Flora Kərimovanın məhkəmələrində..."
"Pərviz yanağına xətt çəkirdi ki, mənə oxşasın" - Qalmaqal
Nura Suri: “Mədəniyyət Nazirliyində müğənnilərdən yeyinti tələb olunur”
"Nəticə yoxdursa, dövlət niyə kinoya pul ayırsın?"