Bakıdakı yardım aksiyasının ünvanı dəyişdirildi
Bakıda Türkiyədə zəlzələdən zərərçəkənlər üçün yardım toplanılması mərkəzinin ünvanı dəyişib.
Bu barədə “Minval.info”ya Türkiyə səfirliyindən məlumat verilib.
Bildirilib ki, yardımla bağlı Babək prospektində yerləşən “Doğtaş” qəbul məntəqəsinin ünvanı nəqliyyatın işində sıxlıq yaşanmaması məqsədilə dəyişdirilib.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Yardım aksiyası Tbilisi prospektində yerləşən Heydər Əliyev adına İdman Konsert Kompleksində davam etdiriləcək.
Həmçinin Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) qardaş ölkəyə dəstək məqsədilə humanitar yardım kampaniyasına start verib. RİİB könüllüləri 8-14 fevral tarixlərində saat 11:00-dan 20:00-dək Bakı İdman Sarayında (Neftçilər prospekti 26a) Türkiyənin təbii fəlakətdən zərər çəkmiş vilayətlərində hazırda ən çox ehtiyac duyulan ləvazimatların toplanmasını həyata keçirəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda