Bakıdakı yanğında bir ailə yanıb - Vəziyyətləri ağırdır
Bakının Səbail rayonunda yaşayış binasında baş verən yanğının səbəbi məlum olub.
Səbail Rayon Polis İdarəsindən Oxu.Az-a verilən məlumata görə, sentyabrın 3-ü saat təqribən 23:30-da Nizami küçəsi, 32, mənzil 64A ünvanında qeydə alınan hadisə qaz sızması nəticəsində olub. Yanğından əvvəl partlayış baş verib.
Nəticədə bir ailənin üç üzvü müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Yanıq Mərkəzinə yerləşdirilib.
Xəsarət alanlar ev sahibi 1957-ci il təvəllüdlü Xubanov Sabir Amid oğlu, həyat yoldaşı 1960-cı il təvəllüdlü Xubanova Zibeydə Süleyman qızı və oğlu 1982-ci il təvəllüdlü Anar Xubanovdur.
Zərərçəkənlərin vəziyyətinin ağır olduğu bildirilir.
Fakt üzrə araşdırma aparılır.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin yaydığı məlumatda Nizami küçəsində baş verən yanğınla bağlı təcili yardıma müraciət edənin olmadığı bildirilib. Qeyd edilib ki, hadisə yerinə cəlb olunan təcili yardım briqadasına nevrotik reaksiya diaqnozu ilə 1 kişi və 2 qadın yaxınlaşıb. Müraciət edənlərə yerində yardım göstərilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rəşadla Rüfətin məhkəməsindən yeni xəbər verir
Xalq artisti Xəyyam Mirzəzadə vəfat edib
İlham Əliyev 1 fərman, 1 sərəncam imzaladı
Bakıda həkim barəsində cinayət işi başlanılıb - FOTO
Azərbaycanda yüksək vəzifəli məmur vəfat etdi
“Bank of Baku” ilə müştəri arasında plastik kart davası