Bakıda yeniyetmələrin elektron qəlyan savaşı: Dostluq bıçaq zərbəsi ilə bitdi
Bakıda iki yeniyetmə arasında elektron qəlyan səbəbindən baş verən münaqişə qanlı nəticələndi. Hadisə ilə əlaqədar S.S.-nin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Minval.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən iclasda şahidlər ifadə veriblər. Zərərçəkən Ə.N.-in nənəsi ifadəsində, “Bizim evlərimiz yaxın məsafədə yerləşir. Həmin gün qızımın evində idim, nəvəm də orada idi. Evimə qayıtdığım zaman səs-küy eşidib pəncərədən baxdım və S.S.-nin əlində bıçaqla nəvəmin üzərinə hücum etdiyini gördüm,” deyə bildirib.
Digər şahid Ə.Z. isə hadisə günü S.S.-nin Ə.N.-lə əlbəyaxa olduğunu gördüyünü deyib: “Evimdə olduğum zaman bir qadının kömək çağırışını eşidib çölə çıxdım. N.-in zərbələr aldığını gördüm və kömək üçün qışqırmağa başladım. İnsanlar toplaşanda S.S. hadisə yerindən qaçdı. N.-i qucağıma alıb evlərinə apardım və dərhal polisə zəng etdim.”
Növbəti məhkəmə iclası sentyabrın 1-nə təyin olunub. Hadisə 13 oktyabr 2025-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsində baş verib. İttihama görə, S.S. tanışının elektron qəlyanını alıb geri qaytarmadığı üçün münaqişə yaranıb. Bıçaqlanan yeniyetmə isə qəlyanı alınan şəxsin qardaşı olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ-da süni zəka ilə 129 milyon dollarlıq dələduzluq aşkarlandı
Süni intellektlə rəhbərləri təqlid edərək 130 milyon dollar oğurladılar
Məşhur müğənni Güllünün şübhəli ölümü ilə bağlı yeni iddialar
Boşanma zamanı qadına dələduzluqla 163 min manat ziyan vuruldu
Kürdəmirdə vəzifəli şəxs 125 min manatlıq mənimsəmədə ittiham edilir
Milyonçu Bəxtiyar Dalinin zorlamağa cəhd etdiyi qadın müğənni imiş