Bakıda yanacaqdoldurma məntəqəsində oyuncaq tapança ilə soyğun – VİDEO

Aprelin 16-da gecə saat 02:31 radələrində Əhmədlidə “radiozavod”un yaxınlığındakı “Lukoil” yanacaqdoldurma məntəqəsində soyğunçuluq hadisəsi baş verib.
Minval.İnfo “Movqe.az”a istinadən xəbər verir ki, üzünə maska taxan iki nəfər şəxs “Lukoil” yanacaqdoldurma məntəqəsinə daxil olublar.
Soyğunçular həmin vaxt yanacaqdoldurma məntəqəsində gecə növbəsində olan üç nəfər əməkdaşa əllərindəki oyuncaq tapança ilə hədə-qorxu gələrək 800 AZN pulu götürərək aradan çıxıblar.
Soğunçular oyuncaq tapancanı yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerə ataraq uzaqlaşıblar. Hal-hazırda faktla bağlı araşdırma aparılır. Soyğunçuların tapılması istiqamətində əməliyyat-istintaq tədbirlərinə başlanıldığı bildirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Turan Tovuz və Qarabağ evdə qələbə axtarır
Neftçi SOCAR 3x3 basketbolda yarımfinala yüksəldi
Şuşa qayalarına yazı yazanlar cəzalandırıldı
Çağdaş qəzetçilik: Sosial medianın yüksəlişi
Dağlıq bölgələrdə qısamüddətli yağış və şimşək
Lütfi Zadənin anım günü: Dahinin izi qalır
Bakıda 3 günlük yağış: Leysan və dolu gözlənilir