Bakıda yağışlı hava: Tıxaclı yolların siyahısı açıqlandı
Bakıda yağışlı hava şəraitində bir sıra yollarda tıxaclar yaranıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, hazırda aşağıdakı yollar tıxaclıdır:
1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində.
2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində.
3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər.
4. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində.
5. Aeroport şosesi, “Koroğlu” metro stansiyası istiqamətində.
6. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində.
7. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər.
8. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində.
9. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində.
10. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində sıxlıq müşahidə olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavənd və Ağdərəyə daha 42 ailə yola salınıb
Metronun bu stansiyası yenidən açılır
Milli Qəhrəman Ehtiram Əliyev xəstəxanaya yerləşdirildi
"Həzi Aslanov" metrostansiyasında dalanın yenidən qurulması yekunlaşıb
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq