23.10.2026 - 14:54
Tibetdə güclü zəlzələ: Çox sayda insan tələfatı
Hadisə 148 baxış

Tibetdə güclü zəlzələ: Çox sayda insan tələfatı

Çinin Tibet Muxtar Bölgəsində baş verən güclü zəlzələ nəticəsində ağır itkilər qeydə alınıb. Zəlzələ yerli vaxtla saat 22:33-də, 10 kilometr dərinlikdə meydana gəlib və 7 bal gücündə olub.

Minval.info xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, Nagqu şəhərinə bağlı Baqen rayonunda baş verən bu təbii fəlakət nəticəsində 16 nəfər həyatını itirib, 11-i ağır olmaqla 65 nəfər yaralanıb.

Zəlzələ nəticəsində 12 min 489 nəfər təhlükəsiz bölgələrə təxliyə edilib. Zərər çəkmiş bölgəyə min ədəd prefabrik ev, 3 min 200-dən çox çadır, 2 min 800-dən çox yataq və yorğan, soba və geyim kimi yardım materialları göndərilib.

Hazırda xilasetmə və yardım işləri davam edir. Bu işlər çərçivəsində zərər çəkmiş insanlara yardım göstərilməkdədir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: