23.10.2026 - 14:14
Ailəm bütün bunlardan çox əziyyət çəkib
İdman 218 baxış

Ailəm bütün bunlardan çox əziyyət çəkib

“İnter Mayami”nin məşhur hücumçusu Lionel Messi tənqidlərə münasibətini ifadə edib.

Publika.az xəbər verir ki, Messi bu barədə İspaniyaya səfəri zamanı danışıb. O, tənqidlərin müxtəlif növlərindən bəhs edərək, yalnız meydandakı oyunla bağlı deyil, həm də şəxsi həyatına təsir edən qərəzli tənqidlər olduğunu vurğulayıb. “Karyeram boyunca çoxlu tənqidlərlə üzləşmişəm və ailəm bundan çox əziyyət çəkib,” – deyə Messi bildirib.

Messi, həmçinin məğlubiyyətlərin də dəyərli dərslər verə biləcəyini qeyd edib. O, böyümək üçün səhvləri etiraf etməyin və onları düzəltməyə çalışmanın vacibliyini vurğulayıb. Uduzmağı və qalib gəlməyi bacarmağın idmanın əsası olduğunu, futbolun mahiyyətində daha çox uduzmanın olduğunu bildirib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: