Bakıda yağıntı fəsadlar yaradıb - FHN və şəhər təsərrüfatı iş başında (VİDEO)
Səhər saatlarından Bakıya yağan güclü yağış ciddi problemlər yaradıb.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov oxu.az-a açıqlamasında bildirib ki, suyun səviyyəsinin 10-15 sm qalxması nəticəsində “Memar Əcəmi” metro stansiyasının yeraltı keçidini su basıb.
“Metropoliten və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının birgə səyləri nəticəsində problem qısa müddətdə aradan qaldırılıb”, – deyə o bildirib.
B.Məmmədov bildirib ki, yeraltı keçidin su basması metronun işinə təsir etməyib.
Qeyd edək ki, bu gün Bakıda müşahidə olunan güclü leysan yağışları paytaxtda müxtəlif fəsadlara səbəb olub.
https://www.youtube.com/watch?v=f_LF_MeHbz4&feature=youtu.be
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda yanğın təhlükəsi: Sakinlər kömək istəyir!
Hindistanda 5G problemi: Texniki işçi girov götürüldü
Boris Conson Ukraynada dron hücumuna yaxın oldu
Səbuhi Əhmədovun şəhadətindən 4 il keçir
Ukraynanın PUA hücumu: Tatarıstanda 2 ölü, 12 yaralı
Yava dənizində 243 nəfərlik gəmi faciəsi
Hörmüz boğazında İran gəmisinə hücum: Ölən var
