18.09.2026 - 20:24
Ölkə
54 baxış
Bakıda xüsusi zolağa girənlərə 100 manat cərimə
Bakıda nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları təşkil edilir. Bu zolaqlar Mirzəağa Əliyev və Abdulla Şaiq küçələrində yaradılır və avtobusların sərnişinləri rahat və maneəsiz daşımasını təmin etmək məqsədi daşıyır. Zolaqların eni standartlara uyğunlaşdırılaraq avtobuslar üçün əlavə zolaq təşkil edilib. Hazırda bu küçələrdə nişanlanma xətləri çəkilir və müvafiq yol nişanları quraşdırılır.
Minval.info xəbər verir ki, bu zolaqlara daxil olan sürücülər 100 manat məbləğində cərimə və 2 bal cəza ilə üzləşə bilərlər. Bu tədbirlər, artan sərnişin tələbatını qarşılamaq və nəqliyyatın daha səmərəli idarə olunmasını təmin etmək məqsədilə həyata keçirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
02.11.2026 - 11:34
Azərbaycanlı professor Müslüm Qurbanov vəfat edib
01.11.2026 - 17:04
Sabah hava necə olacaq? - Proqnoz açıqlandı
01.11.2026 - 13:54
Bakı-Tbilisi əlavə qatar reysində yüz faizlik doluluq qeydə alınıb
01.11.2026 - 13:34
Azərbaycan elminə ağır itki
31.10.2026 - 11:54
Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılmasını təsdiqlədi
30.10.2026 - 17:34
Şəki yollarının təmiri üçün 1 milyon manata yaxın vəsait ayrıldı
30.10.2026 - 11:54