Bakıda X Çağırış Kubokunun qalibləri müəyyənləşdi - FOTO
Azərbaycan Gənclər Fondunun dəstəyi və “Xəzər İntellektual Gənclər Klubu“nun təşkilatçılığı ilə X Çağırış Kubokunun final oyunları keçirilib.
BakuCity.az xəbər verir ki, “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə keçirilən X Çağırış Kuboku turniri Azərbaycan dilli hərəkatın ənənəvi turnirlərindəndir. Kubokun keçirilməsində məqsəd gənclərin asudə vaxtının səmərəli təşkili, onların intellektual inkişafının təmin olunması və intellektual oyunlar hərəkatının bütün ölkəni əhatə etməsinin reallaşdırılmasıdır.
Kubok çərçivəsində Gəncə və Bakı şəhərlərində seçim turları keçirilib, finala vəsiqə qazanan komandalar müəyyən edilib. Finala paytaxt Bakı ilə yanaşı, Quba, Gəncə, Lənkəran, Goranboy, Mingəçevir, Şəki, Sabirabad, Sumqayıt təmsilçiləri də daxil olmaqla 31 komanda vəsiqə qazanıb.
Turnirin finalı 30 noyabr – 1 dekabrda Bakıda təşkil edildi. Finalda təmsil olunan komandalar Çağırış Kuboku və Regionlar Kuboku uğrunda mübarizə aparıblar. Turnirin ilk günü “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilən yarışlarda bu iki kubokun qalibləri müəyyənləşib.
Regionlar Kubokunu Şəki şəhərini təmsil edən “Marxal Resort“ komandası, 2-ci və 3-cü yeri isə müvafiq olaraq Sabirabad və Gəncəni təmsil edən eyniadlı komandalar qazanıblar. Çağırış Kuboku turnirində isə “Kidderminister“ rəqibləri üçün əlçatmaz olub. 2-ci yeri “Nəriman Vəliyevin komandası“, 3-cü yeri isə “Veni Vidi Vicious“ tutub.
Çağırış Kubokunun yekunlarına görə 8 komanda “Xəmsə” Milli İntellektual Oyunu üzrə yarışa vəsiqə qazanıblar. Bu turnirdə isə “Maqnat“ komandası qalib olub. 2-ci və 3-cü yerin sahibi isə “Veni Vidi Vicious“ və “Gəncə“ komandaları olub.
Qaliblər kubok, medal və diplomlarla mükafatlandırılıblar.
İnformasiya dəstəyi: BakuCity.az


















Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Özəl bağçaların yeni maliyyələşmə siyahısı açıqlandı
Lalə Azərtaşın qızı Britaniyada təhsil alacaq
Məktəbli kitabçaları: Vahid standart niyə yoxdur?
Şagirdlərin yerdəyişməsi üçün son müraciət tarixi açıqlanıb
Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlandı
33 min şagirdin yerdəyişməsi təsdiqləndi!
Magistraturada 949 yer niyə boş qaldı?
