Bakıda tükürpədən namus cinayətinin bəzi detalları məlum olub
3 gün əvvəl Bakıda törədilmiş dəhşətli qəttlə bağlı bəzi məqamlar üzə çıxıb.
Minval.info Publika.az-a istinadən xəbər verir ki, Nəsimi rayonu ərazisində binanın zirzəmisindən meyiti tapılan 30 yaşlı Orxan Əliyevin namus üstündə öldürüldüyü məlum olub.
Araşdırmalar zamanı məlum olub ki, hadisəni törədən 42 yaşlı Mehrac Qəhrəmanov bir neçə gün əvvəl həbsxanadan çıxıb. Əvvəllər də bir neçə dəfə məhkumluğu olan Mehrac azadlığa çıxandan sonra bacısının hərəkətlərindən şübhələnib. O, bacısının telefonunda Orxanla yazışmalarını tapıb və onu axtarmağa başlayıb. Bakının mərkəzində Orxanla görüşən Mehrac onunla dalaşıb və döyərək xəsarətlər yetirib. Bacısının sevgilisini öldürən şəxs onun meyitini Nəsimi bazarı kimi tanınan ticarət mərkəzinin yaxınlığındakı binalardan birinin zirzəmisinə ataraq uzaqlaşıb.
Artıq hadisəni törədən şəxs tutulub, faktla bağlı araşdırmalar davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir