Bakıda İmam Əliyə qeyri-adi doğum günü keçirildi - "Bu, yolverilməzdir..."- VİDEO
İlahiyyatçı Emil Rahiloğlu: “Bunu qətiyyətlə pisləyirəm, belə mövludun keçirilməsi yolverilməzdir”
Azərbaycanda Hz.Əlinin mövlud günü ilə bağlı keçirilən mərasim birmənalı qarşılanmayıb.
ƏLAQƏLİ
Goranboyda sursat anbarında dəhşətli anlar: Yanğın və partlayış baş verdi, əhali təxliyə olundu – RƏSMİ MƏLUMAT
Minval.info xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə Hz.Əlinin doğum günü üçün üzərində şəkli olan tort hazırlandığı görünür.
Daha sonra tortun üzərindəki şamlar yandırılaraq, “Happy birthday” mahnısı səsləndirilib. Tortun ətrafına toplaşan qadınlar əl çalaraq, bu anların videosunu çəkmək üçün də xüsusi maraq göstəriblər.
Bəzi dindarlar bunun dini savadsızlıqdan edildiyini, bəziləri isə böyük hörmətsizlik olduğunu deyirlər.
ƏLAQƏLİ
İsrail nəşri Əbilovun "Ajmedia" fırıldağından, "David Seliverstov"dan yazdı - Təfərrüat
Mövzu ilə əlaqədar olaraq minval.info ilahiyyatçı Emil Rahiloğlunun fikirlərini öyrənib.
O, mövlud gününün keçirilməsini haram buyuran heç bir Quran ayəsinin olmadığını bildirib:
“Əlsində, dinimizdə belə bir qadağa yoxdur. Burada tək problem Hz.Əlinin şəklinin əks edilməsidir. Kim onu görüb ki, şəklini də çəksin. Geri qalanlar isə insanların şəxsi əqidəsindən, imanından doğan bir haldır. Necə ki, insanlar öz yaxınına, əzizinə belə bir mövlud bayramı tutur, eləcə də öz imamına belə bir mövlud keçirə bilər. Bunun dində heç bir şirki, maneəsi yoxdur. Əgər kimə bunun əksinə bir ayə, hədis deyərsə, onların cavablarını da verə bilərik. Qurani-Kərimdə bunu qadağan edən nə bir ayə var, nə də başqa bir göstəriş. Əksinə, “Bizim şad günümüzə şadlanın, qəm günümüzdə kədərlənin”- deyə bir hədis var. Yəni insanların mövludu şadyanalıqla keçirməsində heç bir problem yoxdur”.
ƏLAQƏLİ
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Lakin xanımlardan ibarət bayram tədbirinin keçirilməsinə gəldikdə isə E.Rahiloğlu bunu qətiyyətlə pislədiyini vurğulayıb: “Bu, yolverilməzdir. Mövlud tədbirləri maarifyüklü olmalıdır. Yəni pozitiv əhval-ruhiyyə ilə yanaşı məsumların həyatlarından, fəzilətlərindən, əməllərindən danışmaq və insanları belə yaşamağa təşviq etmək lazımdır”.
Minval.info
ƏLAQƏLİ
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı
Tiktokerin keçmiş ərinin Türkiyədə cəsədi tapıldı
