Bakıda tıxac 6 maşrut xətti üzrə hərəkəti çətinləşdirib
Paytaxtın Akademik Həsən Əliyev küçəsinin, 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısı da daxil olmaqla, Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməsindən Xan Şuşinski küçəsi ilə kəsişməsinə qədər olan hissəsində, Koroğlu Rəhimov küçəsi istiqamətində sıxlığın olması səbəbilə həmin ərazidən keçən 6, 13, 61 və 83 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-15 dəqiqə gecikmə müşahidə olunur.
Bu barədə “Minval.info”ya Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Ümumilikdə, həmin ərazidə 10-12 ədədə yaxın avtobus sıxlıqda qalıb.
Həmçinin Abbasqulu ağa Bakıxanov küçəsində, Zivər bəy Əhmədbəyov küçəsi ilə kəsişmədən Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməyə qədər, Türkiyə səfirliyi istiqamətində sıxlıq müşahidə edilir. Bu səbəbdən də həmin ərazidən keçən 3 və 17 nömrəli müntəzəm marşrut xətlərindəki 7-dən çox avtobus 10-15 dəqiqə gecikmə ilə hərəkət edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda 27 istiqamətdə nəqliyyat sıxlığı yaşanır
Bakıdakı 9 mərtəbəli yataqxana təmirə hazırlanır
Xətai rayonunda üç küçə bağlanır!
Azərbaycan sahibkarları Çində xidmət ixracını genişləndirir
Məktəbli formalarının qiymətləri: Valideynlər nə qədər ödəyəcək?
Sabunçuda lift kartları bloklandı: Səbəb borclardır!
Azərbaycanda unun topdansatış qiyməti artdı