Bakıdakı 9 mərtəbəli yataqxana təmirə hazırlanır
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yasamal rayonunda yerləşən 9 mərtəbəli yataqxanasında cari təmir işlərinin aparılması planlaşdırılır. Bu məqsədlə AMEA tərəfindən satınalma müsabiqəsi elan edilib. Təmir işləri Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 12 ünvanında yerləşən yataqxana binasında həyata keçiriləcək.
Minval.info xəbər verir ki, əsas təmir işləri binanın yumşaq dam örtüyünün yenilənməsi ilə bağlı olacaq. Bununla yanaşı, binanın zirzəmisində də müxtəlif təmir və söküntü işləri görüləcək. Bu işlərin nəticəsində yataqxananın texniki vəziyyətinin yaxşılaşdırılması və burada yaşayan şəxslər üçün daha yaxşı şəraitin yaradılması nəzərdə tutulur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan elminə ağır itki
Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılmasını təsdiqlədi
Şəki yollarının təmiri üçün 1 milyon manata yaxın vəsait ayrıldı
Migel Anxel Moratinos: Dinlər 8 milyard insanın qayğısına qalır
Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu keçirəcək