Bakıda televiziya ofisinə basqın edənlər: "Pis söyüş qoymuşdular..."
Bakı Ağır Cinayətlər Məhkəməsində “Ailə TV” kabel televiziyasının ofisinə basqın etməkdə təqsirləndirilən dəstə üzvləri – 1996-cı il təvəllüdlü Kamil Əliyev, 1995-ci il təvəllüdlü Asib Kambarov, 1997-ci il təvəllüdlü Kamran Süleymanov, 1995-ci il təvəllüdlü Rəşad Əhmədzadə və 1995-ci il təvəllüdlü Orxan Əliyevin məhkəməsi keçirilib.
Hakim Novruz Kərimovun icraatında olan prosesdə baxış iclası baş tutub.
A. Kambarov günahsız olduğunu deyib: “Mən sadəcə oğurluq olduğunu bilmədiyim telefonu almışam”.
K/ Süleymanov isə basqın etdiklərini boynuna alıb: “Ofisin qapısını döyüb içməyə su istədik, bizə su verəndə dedim olar əl-üzümü də yuyum? İcazə verdilər, Kamil də arxamca girdi. Mühafizəçini tutub otağa apardım, Kamil seyfdən pulu götürdü, sonra ordan qaçdıq. Asib bizimlə deyildi. Kamilin “Topaz”a 20 min borcu var idi, qaytarmasa, pis söyüş qoymuşdular. Mən də dostum olduğu üçün basqın etməyə razılaşdım”.
R.Əhmədzadə isə heç nə xatırlamadığını deyib.
O.Əliyev isə sadəcə lombarda basqına getdiyini deyib: “Orada da çöldə gözlədim, heç kimə heç nə etmədim.
Proses aprelin 9-da davam etdiriləcək.
İttihama görə, təqsirləndirilən şəxslər bir qrup şəxs halında əvvəlcə Xətai rayonu ərazisində yerləşən “Ailə” TV şirkətinin inzibati binasına daxil olaraq gözətçi Hüseyn Dünyamalıyevə bıçaqla hədə-qorxu gəlib seyfdə olan 3600 manat məbləğində pulu quldurluq yolu ilə ələ keçirib hadisə yerindən qaçıblar. Bundan başqa, adı çəkilən şəxslər Nizami rayonu ərzasində lombarda daxil olaraq orada işləyənlərə hədə-qorxu gələrək 1250 manat pulu ələ keçiriblər.(Qafqazinfo)
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ
Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlandı