Bakıda tanınmış xanəndənin həyat yoldaşı saxlanıldı
Bu gün xanəndə Zenfira İbrahimovanın həyat yoldaşı, idmançı Anar İbrahimov polis tərəfindən saxlanılıb.
Minval.İnfo Ölkə.Az-a istinadən xəbər verir ki, Anar Heydərov şikayət əsasında həbs edilib.
Zenfira İbrahimovanın həyat yoldaşı, idmançı Anar Heydərov polis tərəfindən saxlanılması xəbərini təsdiqləyib.
Onun sözlərinə görə, həqiqətən də, bu gün polis tərəfindən saxlanılıb. Anar Heydərov bildirib ki, hadisə borc üstündə olmayıb. Polislər onu dindiriblər və sonradan sərbəst buraxılıb.
Qeyd edək ki, cütlüyün toyu 2005-ci ildə olub. Onların birgə nikahdan İbrahim adlı oğul, Dəniz adlı qız övladları var.
Xatırladaq ki, Anar Heydərov ötən ilin yay aylarında da həbs edilib. Onu yol qaydasını pozmaqda ittiham ediblər. O, 20 gün inzibati həbs cəzası ilə cəzalandırılaraq Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanma məntəqəsinə göndərilib.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir