Bakıda taksi 5 maşına çırpıldı - Ağır qəza (FOTO)
Sabunçu rayonunda yüksək sürətlə hərəkət edən avtomobil qəza törədib, iki nəfər xəsarət alıb.
“Report”un xəbərinə görə, hadisə Bakıxanov qəsəbəsinə gedən yolda qeydə alınıb.
Belə ki, 90 PS 889 dövlət qeydiyyat nişanlı “Changan” avtomobili idarə edən 34 yaşlı Tural Abdullayev sərt döngədə nəqliyyat vasitəsini yüksək sürətlə idarə edib. Nəticədə onun taksi fəaliyyəti ilə məşğul olduğu avtomobilin sol təkəri səkiyə dəyərək qırılıb. Avtomobil yol kənarında dayanan “Toyoto” , “Nissan” , “Vaz 21011” , “Azsamand” və “BMW” markalı avtomobillərə çırpılıb. T. Abdullayevin idarə etməsindən çıxan “Changan” daha sonra bir neçə dövrə vuraraq aşıb.
Yol nəqliyyat hadisəsi zamanı “Changan” markalı avtomobilin sürücüsü T.Abdullayev və sərnişini 28 yaşlı Babək Hüseynov ağır bədən xəsarətləri alıb.
Hadisə şahidlərinin köməkliyi ilə hər iki şəxs 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Baş vermiş qəza ilə bağlı əraziyə Sabunçu Rayon Polis İdarəsi və Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Hadisə zamanı zərər dəymiş avtomobillər araşdırmalar bitənədək cərimə meydançasına yerləşdirilib.
Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda mənzil alarkən qazancın sirri açıqlandı
Bərdədə ürəyi dayanan kişi möcüzəvi xilas edildi
Yasamalda avtomobil yanğını: Polis xilas etdi
Konqoda məktəb yanğını: 29 şagird həyatını itirdi
Qəbizlikdən xilas olmaq üçün 7 təsirli içki
Ağdərədə mina partlayışı: Gənc yüngül xəsarət aldı
Coşqun Məmmədovun faciəvi ölümü: Baş həkim dayısı danışdı
