Bakıda taksi sürücülərinə qarşı soyğunçuluq edilib - FOTO/VİDEO
Paytaxtın Binəqədi rayonunda müxtəlif vaxtlarda taksi sürücülərinə qarşı soyğunçuluq edilib.
Bu barədə “Minval”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, naməlum şəxs taksilərə müştəri kimi əyləşəndən sonra sürücülərin mobil telefonlarını müxtəlif qanunsuz yollarla ələ keçirərək hadisə yerindən uzaqlaşıb.
Zərərçəkənlərin şikayətləri əsasında Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axatarış tədbiri nəticəsində həmin hadisələri törətməkdə şübhəli bilinən Tural Binyətov saxlanılıb.
Faktlarla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinə göndərilib.
“Tural Binyətovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Binəqədi Rayon Polis İdarəsinə, 43-cu Polis Bölməsinə, “102” Xidməti-Zəng Mərkəzin və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər”, – məlumatda qeyd edilib.
https://youtu.be/GJN0jv6oD38
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir