Bakıda sürücü "zor edirəm" deyib sərnişinləri yıxdı... - Rəsmi qurum susur
Bakıda növbəti dəfə ictimai nəqliyyat vasitəsində gərginlik yaşanıb.
Minval.info xəbər verir ki, 40 nömrəli marşrut xətti ilə hərəkət edən 10-TG-311 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü maşını təhlükəli şəkildə idarə edib. Buna etiraz edən sərnişinlər isə sürücünün qabalığı ilə qarşılaşıb. Bu barədə saytımınıza jurnalist İlkin Məmmədli məlumat verib.
“Avtobus “Neftçilər”dən çıxanda təhlükəli ötmə əməliyyatını həyata keçirdi. Bu zaman sərnişinlər etiraz etdi. Sürücü isə onların narazılığına uca səslə cavab verdi. Ardınca “Razin”ə tərəf düşəndə “Rahat” marketin yanında eyni manevri etdi. Növbəti dəfə sərnişinlərin etirazını görən sürücü “zor edirəm” dedi. Daha sonra qarşıda piyada keçidi olmasına baxmayaraq, sürətlə hərəkət edərkən önünə bir nəfər çıxdı, az qala onu vuracaqdı. Buna görə, sürücü qəfildən əyləci sıxdı və sərnişinlərdən yıxılan oldu” – İlkin bəy söyləyib.
ƏLAQƏLİ
Bakıda kinoya çəkilmək istəyən iki qadın zorlandıqlarını iddia edir - ŞOK VİDEO
Onun sözlərinə görə, nəqliyyat vasitəsindən enərkən avtobusu idarə edən şəxsə iradını bildirib, amma sürücü ona “yaxşı edirəm” deyib. Ardınca İlkin Məmmədlinin “səni şikayət edəcəyəm” deməsinə, nəqliyyat vasitəsinin sürücüsü ona kobud şəkildə “işvərənsən də…” cavabını verib.
Məsələ ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxlamaq cəhdlərimiz boşa çıxdı. Belə ki, qurumun sözçüsü Mais Ağayev telefon zəngimizə cavab vermədi. Bundan əlavə, BNA-nın gördüyü işləri barədə məlumat verdiyi sosial şəbəkə profilinə yazdığımız mesajı görsə də, buna heç bir münasibət bildirmədi.
Samir Mirzə
ƏLAQƏLİ
Zaur Baxşəliyevlə Rəşad Məcid arasında "TikTok" polemikası: “Dünya süni intellektdən danışır, biz isə...”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vəfatından sonra gündəm olan etiraf: "Flora Kərimovanın məhkəmələrində..."
"Pərviz yanağına xətt çəkirdi ki, mənə oxşasın" - Qalmaqal
Nura Suri: “Mədəniyyət Nazirliyində müğənnilərdən yeyinti tələb olunur”
"Nəticə yoxdursa, dövlət niyə kinoya pul ayırsın?"