Bakıda şok hadisə: "Səni arvadımla tutdum, 5000 manat verməlisən"
Bakıda maraqlı hadisə baş verib.
Minval.İnfo xəbər verir ki, tanış olduğu qızla onun evinə gedən Bakı sakini şok fırıldaqla qarşılaşıb. Belə ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini A.Həsənov martın 25-də tanış olduğu bir qadının onu M.Qaşqay küçəsindəki evə qonaq çağırdığını bildirib.
Onun sözlərinə görə, sonradan həmin evə gələn 2 naməlum şəxs özlərini həmin qadının əri və qohumu kimi təqdim edib onu hədələyərək 5000 manat pul verməsini tələb ediblər.
Hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxslərdən biri olan Həmid Alməmmədov qısa müddətdə müəyyən edilərək polis tərəfindən saxlanılıb. Göyçay rayon sakini olan H.Alməmmədov əvvəllər də məhkumluq həyatı yaşayıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir
