21.06.2022 - 14:32
Ölkə
32 baxış
Bakıda sıxlıq müşahidə edilən yollar açıqlandı - SİYAHI
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.Mərkəzdən “Minval.info”ya bildirilib ki, hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:
1. Afiyəddin Cəlilov küçəsində, əsasən, Fəzayıl Bayramov küçəsi ilə kəsişmdən, Cavanşir körpüsünün üzəri istiqamətində sıxlıq
2. Üzeyir Hacıbəyli küçəsində Cavanşir körpüsünün üzərindən, Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər olan hissəsində sıxlıq
3. Alı Mustafayev küçəsində – əsas yolda, Ziya Bünyadov prospekti istiqamətində nisbətən sıxlıq
4. Ziya Bünyadov prospektində, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən başlayaraq, Bakı Polad Zavodunun qarşısı – əsas və kənar yol da daxil olmaqla, DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər – əsas yolda, 20 Yanvar dairəsi istiqamətində sıxlıq
5. Koroğlu Rəhimov küçəsinin Fətəli xan Xoyski prospekti ilə kəsişməyə qədər olan hissəsinə qədər, Akademik Həsən Əliyev küçəsi istiqamətində sıxlıq
6. Akademik Həsən Əliyev küçəsinin, 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısı da daxil olmaqla Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməsindən, Xan Şuşinski küçəsi ilə kəsişməsinə qədər olan hissəsində, Koroğlu Rəhimov küçəsi istiqamətində sıxlıq
7. 28 May küçəsinin Azadlıq prospekti ilə kəsişməsindən, Rəşid Behbudov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində sıxlıq
8. Tbilisi prospektində Heydər Əliyev adına İdman Sarayını keçdikdən sonra, Azər Əliyev küçəsi ilə kəsişməyə qədər, 20 Yanvar dairəsi istiqamətində sıxlıq
9. Abbasqulu ağa Bakıxanov küçəsində, Zivər bəy Əhmədbəyov küçəsi ilə kəsişmədən, Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməyə qədər, Türkiyə səfirliyi istiqamətində sıxlıq
10. Gülarə Qədirbəyova küçəsinin Təbriz küçəsi ilə kəsişməsindən yol boyunca, Xətai prospeki istiqamətində sıxlıq müşahidə olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda 27 istiqamətdə nəqliyyat sıxlığı yaşanır
12.09.2026 - 11:20
Bakıdakı 9 mərtəbəli yataqxana təmirə hazırlanır
12.09.2026 - 11:06
Xətai rayonunda üç küçə bağlanır!
12.09.2026 - 10:24
Azərbaycan sahibkarları Çində xidmət ixracını genişləndirir
12.09.2026 - 09:21
Məktəbli formalarının qiymətləri: Valideynlər nə qədər ödəyəcək?
12.09.2026 - 09:07
Sabunçuda lift kartları bloklandı: Səbəb borclardır!
12.09.2026 - 09:00
Azərbaycanda unun topdansatış qiyməti artdı
12.09.2026 - 08:53
Nərimanov və Yasamalda gəlirli biznes imkanları
12.09.2026 - 08:46