Bakıda restoranda yanğın olub
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonu ərazisində (Rəşid Behbudov küçəsi) yanğın olması barədə məlumat daxil olub.
FHN-dən Minval.info-ya bildirilib ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.
Yanğın nəticəsində üçmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 120 m² olan restoranın tüstü bacası 10 p.m, elektrik kabeli 8 p.m və binaya bitişik, sahəsi 6 m² olan restorana məxsus köməkçi tikili (taxta konstruksiyalardan ibarət) yanıb. Restoranın qalan hissəsi, bitişik digər obyektlər və bina yanğından mühafizə olunub.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş mənzillərdən 1 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda yanğın təhlükəsi: Sakinlər kömək istəyir!
Hindistanda 5G problemi: Texniki işçi girov götürüldü
Boris Conson Ukraynada dron hücumuna yaxın oldu
Səbuhi Əhmədovun şəhadətindən 4 il keçir
Ukraynanın PUA hücumu: Tatarıstanda 2 ölü, 12 yaralı
Yava dənizində 243 nəfərlik gəmi faciəsi
Hörmüz boğazında İran gəmisinə hücum: Ölən var