Bakıda reper tələbənin intihar səbəbi açıqlandı - Video
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alan 1996-cı il təvəllüdlü Ramiz Şahmalıyev özünü asıb.
Hadisə Sabunçu rayonu, Nardaran qəsəbəsində baş verib.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) ictimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Bəhruz Nəzərov Modern.az saytına açıqlamasında Ramiz Şahmalıyevin universitetin tələbəsi olduğunu təsdiqləyib:
ƏLAQƏLİ
Goranboyda sursat anbarında dəhşətli anlar: Yanğın və partlayış baş verdi, əhali təxliyə olundu – RƏSMİ MƏLUMAT
“Ramiz Şahmalıyev neft-qaz mədən fakültəsinin 4-cü kurs tələbəsi idi. 565 balla universitetə daxil olub. 4-cü kursa keçəndə akademik məzuniyyət götürmüşdü. Birinci-ikinci kursları əla qiymətlərlə oxusa da, sonradan bir az zəif göstəriciləri olub. Ümumilikdə isə çox yaxşı təhsil göstəricilərinə sahib olan tələbə idi. Keçən ilki məzuniyyətdən sonra bu il qayıdıb, imtahanlarını verib və hər şey qaydasında idi. Hamı da gözləyirdi ki, diplomunu alacaq”.
B.Nəzərovun sözlərinə görə, tələbənin intihar səbəbinin psixoloji durumundakı problemlər olduğu ehtimal edilir:
“Ramiz Şahmalıyevin valideynləri ilə əlaqə yaradılıb. Onun kəsrləri də yox idi. Lakin tələbənin son vaxtlar müəyyən psixoloji problemləri var idi. Yəqin ki, intihar səbəbi də budur”.
ƏLAQƏLİ
İsrail nəşri Əbilovun "Ajmedia" fırıldağından, "David Seliverstov"dan yazdı - Təfərrüat
Minval.info

https://www.youtube.com/watch?v=J32Y8yAScDg
ƏLAQƏLİ
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı
Tiktokerin keçmiş ərinin Türkiyədə cəsədi tapıldı