Bakıda qızını bıçaqlayan qadına şərti cəza
Bakı şəhərində qızını bıçaqlayan 69 yaşlı qadına məhkəmə tərəfindən şərti cəza verilib. Hadisə 14 yanvar 2026-cı il tarixində, səhər saatlarında Sabunçu rayonu ərazisində baş verib.
Minval.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesində hakim Namiq Kərimovun sədrliyi ilə F.Vəliyeva barəsində hökm oxunub. İttihama əsasən, F.Vəliyeva məişət zəminində qızı S.Kazımova ilə mübahisə edərək əvvəlcə taxta parçası ilə onun başına zərbə vurub, daha sonra isə mətbəx bıçağı ilə qızının bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib.
Hadisədən sonra F.Vəliyeva saxlanılıb və barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib. Məhkəmə qərarı ilə ona şərti cəza verilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir