Bakıda qız oğlan üstündə qadını öldürüb - Təfərrüat
Qətl törətməkdə təqsirləndirilərək məhkum olunan Xalitova Aydan Araz qızı Ali Məhkəməyə müraciət edib.
Minval.info ölkə.az-a istinadən bildirir ki, onun müraciəti ilə bağlı məhkəmə baxış iclası avqustun 14-də hakim Əli Seyfəliyevin sədrliyi ilə keçiriləcək.
Qeyd edək ki, qətl hadisəsi 2015-ci ildə baş verib. 1998-ci il təvəllüdlü Xalitova Aydan Araz qızı münaqişə zəminində 1991-ci il təvəllüdlü Şəms Abdullayevanı bıçaqlayıb. Hadisədən sonra Ş.Abdullayeva dünyasını dəyişib. İstintaq zamanı məlum olub ki, həmin şəxslər arasındakı münaqişə oğlan üstündə baş verib.
Aydan Xalitova cinayəti törətməkdə şübhəli bilinənrək həbs edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Xalitova 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan gənc qız apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə şikayəti təmin etməyib. Daha sonra məhkum kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir