Bakıda qadına qarşı amansız əməl
Bakının Nəsimi rayonunda quldurluq hadisəsi baş verib.
“Report”un xəbərinə görə, 1969-cu il təvəllüdlü Osmatova Nəsibə Şah İsmayıl qızı “Memar Əcəmi” metrostansiyası istiqamətində gedərkən Cavadxan küçəsi, 29 ünvanında tanımadığı şəxsin hücumuna məruz qalıb.
Naməlum şəxs əvvəlcə qadının üz nahiyəsinə soyuq silah hesab edilən beşbarmaqla zərbə vurub. Daha sonra o, N.Osmatovanın əl çantasını götürərək hadisə yerindən qaçıb.
Ağır xəsarət alan yaşlı qadın 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları hadisənin baş verdiyi əraziyə cəlb edilib.
Quldurluq etməkdə şübhəli bilinən şəxsin axtarışına başlanılıb.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gəncədə sürət qəzaları: Sakinlər təşviş içində!
Kenan və Beren 3 milyonluq villa axtarışında
FHN Zaqatalada yanğın təlimi keçirdi
Nepalda faciə: Həlak olanların sayı artır
Bədənlər -196°C-də: Ölüm sonrası həyat ümidləri
Bakıda mənzil alarkən qazancın sirri açıqlandı
Bərdədə ürəyi dayanan kişi möcüzəvi xilas edildi