Bakıda qaçırılan avtomobil tapıldı - oğruların inanılmaz üsulu - FOTO
8 oktyabr tarixində Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində gecə saatlarında oğurlanan avtomobil tapılıb.
BAKU.WS-ə müraciət edən zərərçəkən Hüseyn Quliyev “Mercedes” markalı avtomobilinin həyətindən oğurlandığını bildirmişdi. Şüşəsi sındırılaraq oğurlanan avtomobil qısa zamanda tapılıb.
Hüseyn Quliyev bildirir ki, oğurlanan maşını Binəqədi kəndi ərazisində tapılıb. Oğrular maşının xarici görünüşündə dəyişiklik edib.
1996-cı il avtomobilin detalları dəyişdirilib və 1998-ci ilə uyğun olaraq yığılırmış. Avtomobilin detallarının dəyişdirilməsindən belə qənaətə gəlmək olar ki, dələduzlar maşını baha qiymətə sataraq daha çox qazanc əldə etməyi planlaşdırıb.
Faktla bağlı 19-cu polis bölməsində araşdırma aparılır.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır
Deputat Sergey Çepikov 59 yaşında vəfat etdi
Şəhidin həyat yoldaşı faciəli şəkildə öldü
Təhlükəli məhsullar bazardan yığışdırılır!
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
Şoyqudan Paşinyana ittiham: Basqın siyasəti!