Bakıda qəzalı binada yaşayan 30 ailənin həyatı təhlükədədir - VİDEO
Nərimanov rayonunun Vladimir Mayakovski küçəsi, bina 9/8 ünvanında yaşayan 30 ailənin həyatı təhlükə altındadır, özü də elə yaşadıqları evin içində. Söhbət 1934-cü ildə tikilmiş, hazırda qəzalı vəziyyətdə olan binadan gedir.
Bina sakinləri Oxu.Az-a bildiriblər ki, təhlükə mənbəyinə çevrilmiş binada bir neçə ay əvvəl yaşlı qadın yıxılaraq vəfat edib.
Sakinlərin sözlərinə görə, vəziyyətlə bağlı dəfələrlə Nərimanov rayon İcra Hakimiyyətinə müraciət etmələrinə baxmayaraq, hələ də nəticə əldə edə bilməyiblər.
Məsələ ilə bağlı Nərimanov rayon icra nümayəndəsinin birinci müavini Şahmar İbadovla əlaqə saxladıq. Şahmar İbadov bildirdi ki, həmin binanın sakinləri tezliklə yeni mənzillərlə təmin olunacaqlar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hasil Abbasovdan Zeynəb Zamanovaya yeni vəzifə
Cəlilabadda su qıtlığı: Fermerlər çarəsiz qalıb
Şəhid ailələrinə 36 yeni mənzil təqdim edildi
Əlillik təyinatı: 35,3 min şəxsə yeni qərar
265 min şəxs məşğulluq tədbirləri ilə əhatə olundu
Çoxuşaqlı ailə meyarı dəyişir: 3 uşağa da güzəşt!
Pensiyaçılara kredit qapıları bağlanır?