Bakıda oğlu ölən ata Allaha üsyan etdi - Dostu onu öldürdü (TƏFƏRRÜAT)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dostunu öldürməkdə təqsirləndirilən keçmiş məhkum 31 yaşlı Vüqar Həsənovun məhkəməsi keçirilib.
Hakim Rasim Sadıxovun icraatında olan prosesdə məhkəmə istintaqı tamamlanıb. Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib. Proses aprelin 24-də davam etdiriləcək. Növbəti iclasda V.Həsənova cəza istəniləcək.
İttihama görə, 2017-ci il oktyabr ayında Xətai rayonunda eyni məhlədə yaşayan V.Həsənov dostu Elşən Məmmədovla mübahisə edib.
Belə ki, hadisə günü E.Məmmədovun azyaşlı oğlu xərçəng xəstəliyindən vəfat edib. O da buna görə Allahı, peyğəmbəri günahkar bilərək onlara üsyan edib. Dostu Vüqar isə buna etiraz edib və mübahisə də buna görə başlayıb. Bir-birini söyərək təhqir edən dostlar sonra bıçağa əl atıblar. Onlar bir-birini bıçaqlayıblar, E.Məmmədov hadisə yerində ölüb, V.Həsənov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər onun həyatını xilas edə bilib.(Qafqazinfo)
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir