Bakıda narkotik alveri ilə məşğul olan şəxslər tutuldu — FOTO
Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində külli miqdarda narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bölmə əməkdaşları daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri, 1994-cü il təvəllüdlü Amil Orucov və 1995-ci il təvəllüdlü Əlihüseyn Hüseynovu saxlayıblar.
A.Orucovdan şəxsi axtarış zamanı 1 kiloqram 9 qram heroin, Ə.Hüseynovdan isə 10 qram heroin və 183 qram metanfetamin aşkar edilərək götürülüb. Onlar ifadələrində narkotik vasitələri satmaq məqsədi ilə şəxsiyyəti istintaqa hələ ki məlum olmayan bir nəfərdən aldıqlarını bildiriblər.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslər tutularaq istintaqa təqdim olunublar.
Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir