Bakıda məşhur restoranda kütləvi zəhərlənmə: Aralarında azyaşlılar da var
Bakının Nərimanov rayonunda yerləşən “Tonqal” restoranında kütləvi zəhərlənmə hadisəsi baş verib.
Bu barədə minval.info-ya Qida Təhlükəsizliyi Agentliyindən bildiriblər.
Məlumata görə, avqustun 11-də axşam saat 20:00 radələrində “Tonqal” restoranında iki ayrı masada qidalanan müxtəlif ailə üzvlərində bir neçə saatdan sonra zəhərlənmə əlamətləri baş verib. Hadisə nəticəsində 3-ü azyaşlı olmaqla 13 nəfər zəhərlənib.
İlkin araşdırmalara görə zəhərlənməyə səbəb baytarlıq-sanitariya nəzarətindən keçirilməyən ət və ət məhsullarından hazırlanan qidalar olub.
Bundan əlavə hadisənin baş verdiyi “Tonqal” restoranında müvafiq epidemoloji araşdırmalar aparılıb, bir sıra ciddi qida təhlükəsizliyi qaydalarının pozulduğu müəyyən olunmuş və faktla bağlı protokol tərtib edilib.
Hadisə nəticəsində zəhərlənən 13 nəfərdən 11-i aparılan müayinə və müalicələrdən sonra evə buraxılıb, 2 nəfər azyaşlının müalicəsi isə 2 saylı Uşaq Kliniki Xəstəxanasında davam etdirilir.
Hazırda onların vəziyyəti qənaətbəxşdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şəkidə güclü yanğınlar davam edir
“28 May”da qadın özünü qatarın altına atdı - Video
Hövsan qızlarına söz atan gənclər POLİSƏ ÇAĞIRILDI - RƏSMİ - VİDEO
Güclü külək Bakıda yük avtomobilini aşırıb
Azərbaycanlı müğənni polisləri təhqir etdi, həbs olundu - Fotolar
Suraxanı rayonunda minik və yük avtomobilləri toqquşub